Balaca dostlarım silsiləsindən (Sənədli hekayələr və öçerklər)
- Ana Səhifə
- Balaca dostlarım silsiləsindən (Sənədli hekayələr və öçerklər)
Balaca dostlarım silsiləsindən (Sənədli hekayələr və öçerklər)
1908-ci ilin iyun günlərindən birində Bakıda Dağlı məhəlləsindəki II
Təzəpir döngəsində, 6 №-li evdə bir uşaq dünyaya gəldi. Oğlan uşağı. İyirmi üç
yaşlı mehriban, xoşrəftar ana – Züleyxa sevinirdi. Tündməcaz, çox vaxt
qaşqabaqlı görünən atanın – Mirzə Əbdülqədirin üzü gülürdü. Bu gülüş Züdeyxanın
sevincini bir az da artırır, onun zəif düşmüş bədəninə qüvvət verirdi.
Uşağın adını Mikayıl qoydular. O, ayyarımlığına çatar-çatmaz anası
Züleyxa qayğısı əskik olmayan dünyaya göz yumdu. Körpəsindən nigaran
qala-qala!..
Oğul isti ana qoynundan, doğma ana nəfəsindən məhrum oldu. Sonralar, o doqquz yaşında o, bu böyük itkini belə ifadə edəcəkdir:
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı.
Ana dedim, fəqət onu görməz oldum yanımda.
Ata çaşbaş qalmışdı. Bilmirdi heç neyləsin? Körpəyə baxan, onu süd verən
adam lazımdır?!
Mirzə Əbdülqədir müəllimdi. «Səadət» məktəbində işləyirdi. Çox
fikirləşməyə vaxt yox idi. Birdən gözlərinin qabağına doluğduğu Xızı gəldi.
Özünün gözəl təbiəti, ab-havası, rayihəli gül-çiçəyilə ömründə dərin il salmış
doğma Xızı kəndi...
Ertəsi gün Mirzə Əbdülqədir oğlunu Xızıya apardı. Bibisi gəlini
Səfiyyəni ona süd anası tutdu...
Səfiyyə körpəni sevdi, əzizləyə-əzizləyə ona süd verdi: analıq elədi.
Sonra Mirzə Əbdülqədir Mikayılı öz yanına, Bakıya gətirdi. Ömürlük taleyini
bağladığı Bakıya.
Mikayıl hafizəli, gözüaçıq, müşahidəli uşaqdı. Eşitdiklərini yadında
saxlayır, gördüklərini özünəməxsus bir şirinliklə danışdırdı. Şeir
əzbərləməkdən yamanca xoşlanırdı.
Axşamlar oğlunun məharətlə, həyəcanla şeir söyləməsindən zövq alan
atanın gözlərində sevinc qığılcımları görünərdi. Bundan bir az da həvəslənən
Mikayıl yorulmaq bilməz, şeiri şeir dalınca deyər, ata heyərt içində donub
qalardı. Oğlunsa üz-gözündən sevinc aşıb-daşardı... Ancaq bu əziz axşamlar, bu
xoş anlar uzun sürmədi. 1914-cü ildə Mirzə Əbdülqədir qəflətən vəfat etdi.
Yetimlik çox tez gəldi, yaman tez gəldi! ...(ardı var)