Yol çəkən gözlər  - Mənsur şeir

Yol çəkən gözlər  - Mənsur şeir

Image
  • 15 Mart 2023

Gözlər.... Yol çəkən gözlər....

Uzaq, uzaq bir nöqtəyə zillənən, andan ana kədərlə dolan, düşünən gözlər.

Hərdən bir işıq da görünür, sonra tez də yox olur gözlərdə. İşıq!

Gözlədiyinin qayıdışına güman yeri- ümid işığı!

İşıq yox olanda kədər yerini, kədər çəkilədə işıq gəlir.... Beləcə kədərlə işıq çarpışır, döyüşür yol çəkən gözlərdə. Döyüşür...

İşıq sevinc gətirir kədərə bürünən gözlərə, ürəkdən su içən gözlərə!

Kədər xoslamır bunu, kədər boğmaq istəyir işığı! İşıq təslim olmaq istəmir kədərə, istəmir. Vuruşurlar. Nə olacaq bu döyüşün sonu?! Nə olacaq?!

Dərdim azmış kimi üstünə biri də gəldi, ilahi! Özün kömək elə. İşıqsız qoyma yol çəkən gözləri!

                                                                                                                                                                                                                                12 mart, 1993