Tatar qızları - Mənsur şeir

Tatar qızları - Mənsur şeir

Image

İdel çayının suyunu içər, mehini duyar, sehrinə dalar, pərvəriş tapar tatar qızları!

Rəngbərəng çiçəklərdən ətir alar, rəng alar, gözəllikdə çoxlarını heyran qoyar, vurğun könülləri yaxıb-yandırar tatar qızları!

İncəsənəti sevər, sənətkara hörmət bəslər, Tukayı ürəkdə yaşadar, ər evinə cehiz aparar tatar qızları!

Bizim Üzeyirin, Müslümün gözəl, qəşəng baldızları, tatar qızları!

 

Kazan, 2 iyun, 1969