Səninlə neyləyim?!. - Mənsur şeir

Səninlə neyləyim?!. - Mənsur şeir

Image

Ürəyim, ürəyim!.. Səninlə neyləyim?!.

«Sevirəm» dedi.

«Sevmirəm» dedin.

Daha görünmür...

«Təsadüfən» qarşıma çıxmır, işə gedəndə, işdən gələndə. Çıxmır.

Muzeyimizin xəstəsiydi. Özü belə deyirdi. Bütün sərgilərə baxar, birini də buraxmazdı, birini də. Hansı bəs?! Üçüncü sərgidir düzəldirik, gəlib baxmır, baxmır...

Qız qalasını, valeh olduğu Qız qalasını da unutmuşdur nədir?! Yeri görünür yan-yörəsində, özü yox!

Bu, inad idimi, yoxsa şıltaqlıq, ürəyim? İndi də cəfasın çəkirsən: «Sevirəm... sevirəm... sevirəm!» deyirsən.

Ürəyim, ürəyim!.. Səninlə neyləyim?!.

 

15 may, 1965.