Payız - Mənsur şeir

Payız - Mənsur şeir

Image

Son heyvalar dərilir. Bağ-bağatdan əl-ayaq çəkilir. Süfrələrin bəzəyi olur, ətri, dadı olur saralmış heyvalar. Son heyvalar...

Uzun gecələr gəlir. Gündüzləri qısalda-qısalda uzanan gecələr. Televizorlu, radiolu gecələr. Uzun gecələr...

Yarpaqlar düşür. Budaqlarından qopud hara gəldi düşür. İstəməyə-istəməyə. Sarala-sarala. Yarpaqlar...

Küləklər əsir, küləklər qılınc kimi kəsir. Üşüdür. Çılpaqlaşan ağacları da, bəhrəsini verən, kimsizləşən bağ-bağatı da, mənzilbaşına tələsən adamları da. Küləklər...

Payızdır... Eh, ömürlərinin yazını, yayını yaşayanlara nə var!.. Payızını yaşayanlar istər-istəməz fikrə düşür, yarımçıq qalmış işlər, həyata keçməmiş arzular yada düşür, düşünürlər. Düşündürən fəsildir... Payızdır!..


16 noyabr, 1972