Ömrümüz boyu - Mənsur şeir
- Ana Səhifə
- Ömrümüz boyu - Mənsur şeir
Ömrümüz boyu - Mənsur şeir
Kimi deyir vaxt tez keçir.
Kimi deyir vaxt gec keçir.
Kimi heyfsilənir.
Kimi gileylənir.
Vaxt nə heyfsilənənə baxır, nə gileylənənə, nə onu eşidir, nə bunu.
Sürətini azaltmır da, artırmır da... Saniyə saniyəni çəkir, dəqiqə dəqiqəni.
Gün günü qovur, il ili.
Heyfsilənənin də, gillənənin də ömründən gedir bu saniyələr, dəqiqələr,
günlər, illər. Ömründən!
Əvəzində ona da, buna da xatirə qalır. Xatirə! Şirini də olur bu
xatirələrin, acısı da. Hərə tökdüyünü yığır.
Ömrümüz boyu xatirə yığa-yığa gedirik.
15 iyul, 1971