O sayaq - Mənsur şeir

O sayaq - Mənsur şeir

Image

Saçlarım ağarır. Ağarsın da, neyləyim?!

Qaşlarıma dən düşür. Qabağını ala bilər gileyim?!

Bu qırışlar hardan gəldi, nə vaxt gəldi, sifətimdə yuva salan, çoxalan qırışlar?! Nə bilim? Nə bilim?!

Bilirəm ki, ağaran saçlar, çoxalan qırışlar dəyişdirir məni. Boynuma alsam da, almasam da dəyişdirir.

Dəyişmirsən. O sayaq qalırsan. Həmişə nəğməli, sahilə həmişə meylli ləpələrin hüzurundakı kimi, aylı-ulduzlu axşamın sehrli işığı, şirincə əfsunundakı kimi, ilk görüşdəki kimi qalırsan. Necə duyurdunsa, necə görünürdünsə, necə idinasə!.. Eləcə, eləcə!.. Qalırsan, qalacaqsan da!..

Xəyalımda, xəyalımda!..

 

4 aprel, 1970