Mənsur şeirlərim mənim - Mənsur şeir

Mənsur şeirlərim mənim - Mənsur şeir

Image

Gözəlliyə, gözəllərə, gizlin deyil, meyliniz var.

Yarpaq düşsə bir ağacjan ürəyiniz ağrıyar, ağrıyar!

Anaların qəlbini duyan da siz.

El-oba dərdinə həyan da siz.

Ana torpaq, insaniyyət, halal çörək, fədakarlıq, əvəzini gözləməyən xeyirxahlıq, insan kimi düşünüb də insan kimi yaşamaq, bütöv olmaq – həmişəlik söhbətiniz, sözünüzdür.

Yanılmalar, aldanmalar, çəkilməz hicran yanğısı, qəlb ağrısı, qəlb ağrısı – düşüncəniz, qayğınızdır, ağrınızdır, mövzunuzdur, mövzunuzdur.

Sevincə, kədərə otraqsınız.

Yalandan, riyadan uzaqsınız.

Nə yaxşı ki, varsınız!..

Varımsınız!.. Həyatımsınız!

Belə həyatımdan sonrakı həyatımsınız, mənsur şeirlərim mənim!


16 oktyabr, 1977