Hanı - Mənsur şeir
- Ana Səhifə
- Hanı - Mənsur şeir
Hanı - Mənsur şeir
Səni kim yaradır, kim yaşadır?
Yaratdığına, yaşatdığına peşman olurmu heç?!
Sənə güclüsən, dəhşətlisən desəm az olar!
Qılıncdan da kəsərlisən desəm az olar!
Tez gəlməkdə tayın varmı?
Gözlənilmədən gəlməkdə sənə çatan olarmı?
Gəlişin yamandır. Titrədir də, saraldır da, soldurur da.
Gedişin...
Gedişini görən xoşbəxt hanı, Ayrılıq?! Hanı?!
15 oktyabr, 1966