Dünyanın qəribə işləri var - Mənsur şeir
- Ana Səhifə
- Dünyanın qəribə işləri var - Mənsur şeir
Dünyanın qəribə işləri var - Mənsur şeir
Axardın...
Qoynundan keçdiyin yurdun istəklisiydin, fərəhiydin, yaraşığıydın.
Axardın...
Axar-baxarlıydın, sahillərin səni sevənlərlə, sevib sevilənlərlə, deyib
gülüşənlərlə dolu olardı. Əzizlənərdin. Sevincinin sonu görünməzdi.
Axardın...
Mənsub olduğu torpağın, yurdun, ölkənin ortasından axmaq baş ucalığıdır
çay üçün, bilirsən! Belə baş ucalığı sənə də qismət olmuşdu əzəldən. Missisipi
kimi, Volqa kimi, Nil, Qanq, Amazonka,
Axardın...
Şadlana-şadlana, şövqlə,y an-yörəni gəzib dolaşanlara zövq
aşılaya-aşılaya... Ancaq sən demə qılınc başının üstündəymiş... Doymazdı şahın
gözü, sonsuzdu çarın iştahası, sevincin yoxa çıxdı, özün sərhədə çevrildin.
Axırsan...
Gözlərin yol çəkir, fikirlisən, əsəbisən! Dözürsən, dözümünə özün də
təəccüb edirsən...
Dünyanın qəribə işləri var, Arazım!
12 mart, 1983