Bənzəyiş - Mənsur şeir

Bənzəyiş - Mənsur şeir

Image

Əsarət zəncirini qıran, müstəqillik

yoluna çıxan xalqlara daost töhfəsi kimi.

 

Qızılbalıq tora düşmüşdü. Yaman düşmüşdü. Balıqlar gözəli, çaylar gözəli, dənizdə üzəli hələ belə şey görməmişdi.

Çırpınır, çapalayır, atılıb-düşürdü...

Didib parçalar, yırtardı düşdüyü toru.

Yırtardı, imkanı olsaydı, gücü çatsaydı!

Gücü çatmır, dözə bilmir, dözə bilməzdi, qızılbalıq.

Dənizin dərinliklərinə baş vurmuşdu, çayların şirin suyundan içmişdi, oylağı suların geniş qoynunda bol-bol nəfəs almışdı. Dözə bilməzdi...

Çırpınır, çapalayır, atılıb-düşürdü... Hey atılıb-düşürdü!.. Belə getsə ölə bilərdi...

Öldü də, qızılbalıq, öldü də!

Qızılbalığı xatırlayıb da insanlar haqqında düşünürəm mən. İnsanlar, dəhşətli işgəncələrə məruz qalsalar da əqidələrindən dönməyən, azad olmaq ümidlərini son dəqiqələrində belə itirməyən, bircə an da itirməyən, ölümləri ilə azadlıq eşqini daha da alovlandıran insanlar haqqında!

 

28 oktyabr, 1996