Axar su - Mənsur şeir

Axar su - Mənsur şeir

Image

Axar suya baxıram... Şeh damlası kimi şəffaf, şırıldaya-şırıldaya axan suya! Axır, axır. Baxıram, ürəyim axır.

Axar suya baxıram... Könlüm-ruhum, qolum-qanadım açılır.

Axar suya baxıram... Uzaq, uzaq yollar, məsafələr qısalır. Ümid çoxalır.

Axar suya baxıram... Ömür mənalanır. Fikirlər qol-budaq atır, şaxələnir.

Axar suya baxıram... Axır, axır.

Axar su durğunluğu sevməz. Sevirəm axar suyu, sevirəm!


30 iyul, 1968