Ağaclarım -Mənsur şeir

Ağaclarım -Mənsur şeir

Image

Palıdım, palıdım – vüqarım!

Çinarım, çinarım – ucalığım!

Dəmirağacım – mətinliyim, iradəm!

Söyüdüm, söyüdüm – pərişanlığım, məftunluğum, kədərim.

Vüqarım da var, ucalığım da. Mətinliyim, iradəm də. Pərişanlığım da var, məftunluğum, kədərim də.


20 may. 1973