Gülhüsüyn Hüseynoğlunun seçilmiş əsərləri...

  • Ana Səhifə
  • Gülhüsüyn Hüseynoğlunun seçilmiş əsərləri...

Gülhüsüyn Hüseynoğlunun seçilmiş əsərləri...

Image

ANA

Mən onun tez-tez tənha guşələrə çəkilərək ağladığını eşidirdim. Bir dəfə özüm də bunun şahidi olmuş, ona təsəlli vermək arzusu ilə yanına getmiş, lakin bir kəlmə də danışa bilməmişdim. Axı mən ona nə deyə bilərdim? Hamı «darıxma, ay Leyla xala, məktub gəlməyəndə nə olar, yəqin uzaq yerdədir, allah qoysa özü gələr» dediyi halda, ona eyni sözlərlə mən də təsəlli verə bilərdimmi? Yox, əsla yox! Bəs onda həqiqəti bütün çılpaqlığı ilə ona necə danışmalı, onun gecə-gündüz sızlayan qəlbini nə sayaq ovutmalı idim? Bunları düşünəndə nitqim tutulur, ürəyim şiddətlə çırpınırdı. (Ardı var)